Sigortali.az ilə avtomobil sığortasına asanlıqla qənaət edə bilərsiniz

Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası mexaniki avtonəqliyyat vasitələrinin Azərbaycan Respublikasının ərazisində istifadəsi nəticəsində fiziki şəxslərin sağlamlığına, həmçinin fiziki və hüquqi şəxslərin əmlakına vurduğu zərərlərin əvəzinin ödənilməsi məqsədi ilə tətbiq edilir.

Aşağıdakı avtonəqliyyat vasitələrinin istifadəsi ilə bağlı üçüncü şəxslər qarşısında mülki məsuliyyətin sığortası icbaridir.

Mühərrikinin silindrinin həcmi 50 sm3-dən artıq olan aşağıdakı avtonəqliyyat vasitələri:

Minik avtomobilləri və onların bazasında istehsal edilmiş digər avtonəqliyyat vasitələri

Yük avtomobilləri və onların bazasında istehsal edilmiş digər avtonəqliyyat vasitələri

Mikroavtobuslar, avtobuslar və onların bazasında istehsal edilmiş digər avtonəqliyyat vasitələri

Motosiklеtlər və motorollerlər

Traktorlar, yol-tikinti işlərində, meşə və kənd təsərrüfatında istifadə olunan avtonəqliyyat vasitələri

Trollеybuslar və tramvaylar

İcbari Sığorta Kalkulyatoru

Tez tez verilən suallar

Zərərin miqdarı barədə tərəflər arasında razılıq əldə edildikdən sonra əmlak sığortası üzrə sığorta ödənişi sığortaçının seçimi əsasında aşağıdakı formalardan hər hansı birində həyata keçirilir (ödənilir):

-zərər məbləğinin pul şəklində faydalanan şəxsə ödənilməsi; -sığorta hadisəsi nəticəsində dəyən zərərin aradan qaldırılması üçün sığortalıya (sığorta olunana və ya faydalanan şəxsə) göstərilən xidmətlərin və ya satılan əşyaların dəyərinin xidmət göstərənə və ya satıcıya ödənilməsi; -sığorta predmeti olan, yaxud zərərçəkmiş üçüncü şəxsə məxsus əmlakın təmiri və ya bərpası; -sığorta müqaviləsində nəzərdə tutularsa, həmin müqavilədə müəyyən edilən şərtlər əsasında sığorta predmeti olan əmlakın dəyişdirilməsi.

Hadisə ilə əlaqədar sənədlərdən sonuncusunun İcbari Sığorta Bürosuna təqdim edildiyi və (və ya) alındığı tarixdən 7 iş günündən gec olmayaraq Büro kompensasiya ödənişini verir, yaxud müraciət edən şəxsə kompensasiya ödənişinin verilməsindən imtina haqqında yazılı şəkildə əsaslandırılmış bildiriş verir.

Hadisə ilə əlaqədar sənədlərdən sonuncusunun İcbari Sığorta Bürosuna təqdim edildiyi və (və ya) alındığı tarixdən 7 iş günündən gec olmayaraq Büro kompensasiya ödənişini verir, yaxud müraciət edən şəxsə kompensasiya ödənişinin verilməsindən imtina haqqında yazılı şəkildə əsaslandırılmış bildiriş verir.

Kompensasiya ödənişi almaq üçün aşağıdakı sənədlər İcbari Sığorta Bürosuna təqdim olunur: -zərərçəkən şəxsin şəxsiyyət vəsiqəsinin surəti; -yol-nəqliyyat hadisəsi nəticəsində sağlamlığa dəyən zərər üzrə xəsarətin dərəcəsi haqqında həkim arayışı, əlillik halında isə əlilliyin qrupunu, səbəbini və təyin edilməsi tarixini əks etdirən Tibbi Sosial Ekspert Komissiyasının arayışının surəti; -yol-nəqliyyat hadisəsi nəticəsində üçüncü şəxs öldükdə ölümün səbəbi haqqında tibbi ekspertiza rəyinin, ölüm haqqında şəhadətnamənin, habelə ölənin ailə üzvlərinin onunla qohumluq əlaqəsini təsdiq edən müvafiq sənədlərin (doğum haqqında şəhadətnamənin, yaxud şəxsiyyət vəsiqəsinin, ərə (arvada) münasibətdə nikah haqqında şəhadətnamənin) surətləri; -yol-nəqliyyat hadisəsi nəticəsində üçüncü şəxs sağlamlığına zərər dəyməsi üzündən 3 il ərzində öldükdə, onun ölümünün hadisə ilə səbəbli əlaqədə olmasını təsdiq edən tibbi ekspertiza rəyinin, ölüm haqqında şəhadətnamənin, habelə ölənin ailə üzvlərinin onunla qohumluq əlaqəsini -təsdiq edən müvafiq sənədlərin (doğum haqqında şəhadətnamənin, yaxud şəxsiyyət vəsiqəsinin, ərə (arvada) münasibətdə nikah haqqında şəhadətnamənin) surətləri; -yol-nəqliyyat hadisəsi nəticəsində üçüncü şəxs öldüyü halda, onun ailə üzvlərinin kompensasiya ödənişinin alınmasına dair notariat qaydasında təsdiq edilmiş birgə ərizəsi. -sağlamlığa vurulan zərərlə əlaqədar zərərvuran tərəfindən zərərçəkənə hər hansı ödəmə həyata keçirildikdə bu ödəməni təsdiq edən sənəd;

İcbari Sığorta Bürosuna müraciət edilməlidir. Büroya müraciət üçün aşağıdakı məlumatlar diqqətinizə çatdırılır: Bakı şəhəri (AZ 1009) , Bəşir Səfəroğlu küçəsi 133, «SAT Plaza», 11-ci mərtəbə; Tel: +994 12 5950020; faks +994 12 5950030; GSM +994 50 2838083 E-mail: [email protected] web: www.isb.az

Əgər Hər hansısa bir sualınız varsa, bizimlə Əlaqə Saxlayın. Peşəkar Əməkdaşlarımız Dərhal sizinlə əlaqə yaradacaqlar.

Kommersiya Sığortası / Şəxsi Sığorta

Çox gec olana qədər gözləməyin. Bütün şəxsi və kommersiya sığortanız üçün əlaqə saxlayın.

Müraciət Et